Azərbaycan çempionatında 24-cü komanda oldu

24 Oktyabr 2023 08:20 Səbail 794
Azərbaycan çempionatında 24-cü komanda oldu

“Səbail” Azərbaycan çempionatlarında 150-ci qolunu vurub.

Sportinfo.az xəbər verir ki, Bakı klubunun yubileyi Premyer Liqanın X turunun “Neftçi” ilə oyununda qeydə alınıb.

Bu topa Aleksandr Ramalinqom imza atıb. O, 2:4 hesabı ilə bitən görüşdə komandasının ikinci qolunun müəllifi olub.

“Səbail” “150”yə 178-ci matçda çatıb. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 0,84-dür.

Bakı klubu ölkə çempionatları tarixinə 150 və daha çox qol vuran 24-cü komanda kimi düşüb. “Səbail” ilk dəfə 2017-ci il avqustun 13-də fərqlənib.

“Zirə” ilə səfər görüşünün (1:2) 43-cü dəqiqəsində Vüqar Nadirov rəqib qapısına yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti