“Sumqayıt” Tovuzda “Kəpəz”dən 1 xal aldı

14 Dekabr 2023 17:23 Premyerliqa 1 177
“Sumqayıt” Tovuzda “Kəpəz”dən 1 xal aldı

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk gündə bir oyun keçirilib.

“Kəpəz” Tovuzda “Sumqayıt”ı qəbul edib - 1:1.

Qonaqlar 20-ci dəqiqədə Roi Kehat ilə hesabı açıb. Georgi Papunaşvili 43-cü dəqiqədə Gəncə təmsilçisinin bərabərlik qolunu vurub.

Komandalar fasilədən sonra bir neçə fərqlənməyə yaxın olub, lakin tablodakı rəqəmlər dəyişməyib.

Beləcə xallarının sayını 24-ə çatdıran “Sumqayıt”4-cü pilləyə yüksəlib. “Kəpəz” isə 14 xalla 9-cu pillədə qalıb.

XVII turun digər matçları 15, 16 və 18 dekabrda gerçəkləşəcək.

15:30. "Kəpəz" - "Sumqayıt" 1:1

Qollar: Georgi Papunaşvili, 43 – Roi Kehat, 20.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu

Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 26. Adama Niane, 91. Latir Fal, 24. Olavale Onanuqa
Baş məşqçi: Adil Şükürov

Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 35. Sənan Muradlı, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!