Azərbaycanda həs kəsi ağladan həmin VİDEO

14 Dekabr 2023 09:40 Qadın futbolu 760
Azərbaycanda həs kəsi ağladan həmin VİDEO

Azərbaycanın qadınlardan ibarət milli komandasının kapitanı Sevinc Cəfərzadə İTV-də yayımlanan futbol verilişində qonaq olub.

Gənc xanım futbola gəlişi, bu yolda hansı çətinliklərdən keçməsi barədə danışarkən göz yaşlarına hakim ola bilməyib.

O, atasının Lənkərandan Bakıya yollanıb futbolla məşğul olmasına qarşı çıxmasına, bu məsələdə dünyasının dəyişmiş anasının ona yol açmasından bəhs edib.

29 yaşlı Sevincin həyat hekayəsi sosial şəbəkələrdə böyük maraq doğurub, videonu izləyənlərin göz yaşlarına səbəb olub.

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasındakı sonuncu matçınıda Farer adalarını məğlub edib.

"Dalğa Arena"da reallaşan qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə bitib. 69-cu dəqiqəsə Nigar Mirzəliyeva fərqlənib.

Komandamız C Liqasının 3-cü qrupunu 16 xalla birinci pillədə başa vurub. Millimiz öncəki turda liderliyi təmin edərək B Liqasına yüksəlmişdi.

HƏBİB / SPORTİNFO.AZ

Təqdim etdiyimiz videoda Sevincin təsirli çıxışını izləyə bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti