"Qarabağ" uduzdu, Azərbaycanın hesabı "dondu"

27 Oktyabr 2023 11:00 Azərbaycan Futbolu 1 033
"Qarabağ" uduzdu, Azərbaycanın hesabı "dondu"

Azərbaycanın hesabına UEFA reytinqində xal əlavə olunmayıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Almaniya klubu “Bayer 04”ə 1:5 hesabı ilə məğlub olmasıdır.

Nəticədə ölkənin cari mövsümdəki əmsalı 3,625-də qalıb. Son 5 mövsümdəki ümumi əmsal isə 17,875-ə bərabərdir.

Hazırda 29-cu pillədə qərarlaşan Azərbaycan reytinqdə Slovakiya və Bolqarıstandan cəmi 0,500 əmsal, yəni bir qələbə sayı geri qalır.

Baş tutan qarşılaşmalar Çexiya, Norveç, Polşa, Qazaxıstan və Farer adalarının irəliləməsinə, Serbiya, Xorvatiya, İrlandiya, Finlandiya və Lixtenşteynin geriləməsinə səbəb olub.

Reytinqə 93,178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (79,614) ikinci, İtaliya (75.855) isə üçüncü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti