"Qarabağ"ın yolunu gözləyən "Bayer" yenidən lider oldu - VİDEO

22 Oktyabr 2023 02:00 Almaniya 728
"Qarabağ"ın yolunu gözləyən "Bayer" yenidən lider oldu - VİDEO

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer" Almaniya Bundesliqasında 8-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Leverkuzen təmsilçisi səfərdə "Volfsburq"la qarşılaşıb.

Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra xalını 22-ə çatdıran Xabi Alonsonun baş məşqçisi olduğu komanda turnir cədvəlində yenidən liderliyə yüksəlib. "Ştutqart" 21 xalla 2-ci, "Borussiya" (Dortmund) 20 xalla 3-cüdür.

"Qarabağ"la "Bayer" arasında ilk oyun oktyabrın 26-da Leverkusendə, cavab görüşü noyabrın 9-da Bakıda keçiriləcək. Hər iki komanda qrupda keçirdikləri 2 oyunda qələbə qazanıblar və 6 xalla şərikli liderdirlər.

"Volfsburq" - "Bayer" 1:2
Qollar:
Frimponq, 13 (0:1), Lakrioks, 41 (1:1), Qrimaldo, 62 (1:2).

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı