"Sabah"ın futbolçuları sanki "Bavariya"nın heyətində həvəskarlara qarşı oynayırdı"

12 Avqust 2023 00:40 Sabah 1 303
"Sabah"ın futbolçuları sanki "Bavariya"nın heyətində həvəskarlara qarşı oynayırdı"

Serbiyada Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Partizan”ın Masazırda “Sabah”a uduzması (0:2) son dərəcə kəskin qarşılanıb.

Sportinfo.az xəbər verir ki, “Republika” portalı Belqrad təmsilçisinin məğlubiyyəti haqda bunları yazıb:

“Partizan” “Sabah”a uduzaraq, avrokuboklarda növbəti biabırçılığı yaşadı. Serbiya komandasının fonunda “Sabah”ın futbolçuları sanki “Bavariya”nın heyətində həvəskarlara qarşı oynayırdı.

Çoxdandır ki, bu cür pis “Partizan”ı görmürük. Komandanın ideyası, planı, kəskinliyi yox idi.

Komandanın yeganə parlaq nöqtəsi “Partizan”ın qapıçısı Aleksandar Yovanoviç oldu, o, penaltini dəf edib, lakin buraxılan qollarla bağlı heç nə edə bilməyib.

“Sabah”ın oyunçuları daha dəqiq oynasaydı, hesab daha böyük ola bilərdi

. İqor Dulyay həmişə olduğu kimi, məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərinə götürdü, lakin uğursuzluğun səbəblərini yöndəmsiz şəkildə izah etdi.

“Partizan” üçün Konfrans Liqasının qrup mərhələsinə düşə bilməməsi fəlakət olacaq. O, necə edəcəyini bildiyi kimi özünü toparlamalı, cavab oyununda Azərbaycan klubunu nokaut etməyin yolunu tapmalıdır.

Əks halda, Dulyayın məşqçi kreslosu axsayacaq. “Partizan” ən azı nüfuzu naminə qalib gəlməlidir".

Digər Xəbərlər
Xəbər Lenti