"Federasiyadakılar, orada yuxarıda olanlar komanda ilə maraqlanmır"

22 Noyabr 2023 08:20 Dünya futbolu 767
"Federasiyadakılar, orada yuxarıda olanlar komanda ilə maraqlanmır"

Cəbəllütariq millisinin adının açıqlanmasını istəməyən futbolçularından biri millidəki problemlərdən danışıb.

Sportinfo.az xəbər verir ki, yerli jurnalistlərdən biri ilə danışan və adı açıqlanmasa da, dediklərinin yazılmasını istəyən oyunçu artıq bir neçə aydır millidə mənfi atmosferin hökm sürdüyünü söyləyib:

"Əksər oyunçuların artıq Ribasa ehtiyacı yoxdur. Futbolumuzda özümüzü məhdudiyyətli hiss edirik.

Federasiyadakılar, orada yuxarıda olanlar komanda ilə maraqlanmır. Sadəcə, bizimlə birlikdə pulsuz tətilə yollanırlar.

Xarici gəzmək üçün gəlirlər. Onlar futboldan kənar adamlardır.

Həm federasiyaya, həm də milliyə yeni qan lazımdır. Bəzi oyunçular Ribasdan daimi təhdidlər alır.

Klublarımız bizi vaxtından əvvəl buraxmasa, o bizi seçmir, futbolçulara zəng edib müəyyən klublarla müqavilə bağlamağı məsləhət görür, bəzilərinə deyir ki, köksən. Qəribə vəziyyət hökm sürür".

Cəbəllütariqin baş məşqçisi 2018-ci ildən komandanı çalışdıran Xulio Sezar Ribasdır.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"