İbrahimoviçlə bağlı qərar verildi

12 İyun 2020 19:16 İtaliya 802
İbrahimoviçlə bağlı qərar verildi

Zlatan İbrahimoviç "Milan"dakı çıxışını davam etdirmək istəyir.

Sportinfo.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, İbrahimoviç müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağa hazırdı.

Lakin "rossonerilər"in rəhbərliyi 38 yaşlı futbolçudan mövsümün sonuna kimi gözləməyi xahiş edib.

İbra 2020-ci ilin qışında "Milan"a keçmişdi. İsveçli hücumçu komandanın heyətində 10 matçda meydana çıxıb və 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu