AFFA İcraiyyə Komitəsindən yenilik – İlk dəfə

8 Yanvar 09:40 Gündəm 3 334
AFFA İcraiyyə Komitəsindən yenilik – İlk dəfə

AFFA İcraiyyə Komitəsinin (İK) tarixində yenilik baş verəcək.

Federasiyanını qərarverici orqanının üzvləri ilk dəfə regionda toplaşacaq.

Adətən, Bakıda yığışan İK bu dəfə iclasını Gəncədə keçirəcək.

Bu da səbəbsiz deyil. Yanvarın 11-də Gəncə Futbol Akademiyasının açılışı olacaq.

Həmin gün saat 14:00-da bununla bağlı tədbir keçiriləcək. Açılışda AFFA prezidenti Rövnəq Abdullayev, milli assosiasiya rəsmiləri, eləcə də Gəncə futbol ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Gəncə Futbol Akademiyası AFFA-nın dəstəyi ilə inşa edilib. Və komitə üzvlərinin iclası da elə bu binada düzənlənəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti