"Barselona"da oynamaq yaxşı olardı, amma..." - DİBALA

9 İyun 2020 11:20 İtaliya 486
"Barselona"da oynamaq yaxşı olardı, amma..." - DİBALA

"Yuventus"un hücumçusu Paulo Dibala gələcək karyerası ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu Turin klubunda xoşbəxt olduğunu açıqlayıb:

“Müqaviləmin uzadılması barədə hələ dəqiq bir şey yoxdur. “Yuventus”la 1,5 illik sözləşməm var. Bilirəm, bu çox da uzun müddət deyil.

Ancaq klubun koronavirus səbəbiylə problemlərinin olduğunu başa düşürəm. Gözləmək lazımdır. Burada xoşbəxtəm, hər kəslə yaxşı münasibətim var. Yəqin ki, rəhbərliklə bəzi məqamlar barədə danışacağıq”.

Argentinalı oyunçu “Barselona”ya keçəcəyi barədə iddialara da münasibət bildirib: “Barselona” dünya səviyyəli bir klubdur. Messi kimi böyük bir oyunçuya sahibdirlər. Orada oynamaq yaxşı olardı, amma "Yuventus" da zəngin tarixi olan inanılmaz bir komandadır. Burada da böyük futbolçular oynayır”.

Dibala cari mövsüm "Yuventus" da 34 oyun keçirib və 13 qol vurub. Onun klubu ilə müqaviləsi 2022-ci ildə başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti