"Bakı mənim üçün heç də yad şəhər deyil"

29 Avqust 2023 04:00 Digər növlər 647
"Bakı mənim üçün heç də yad şəhər deyil"

“Bakıda qızıl medal qazandığımı üçün çox sevinirəm”.

Sportinfo.az xəbər verir ki, bunu Bakıda təşkil edilən dünya çempionatında kişilər arasında 300 metr məsafəyə tüfəngdən üç mövqedə atəşaçma növündə qızıl medal qazanan Polşa idmançısı Masiey Kovaleviç deyib.

Atıcı mükafatlandırma mərasimindən sonra uğurunu şərh edib:

“Yarışla bağlı təəssüratlarım yüksəkdir. Bakı mənim üçün heç də yad şəhər deyil.

Əvvəllər də bura gəlmişəm. Bu, heç də asan olmadı. Amma öhdəsindən gələ bildik.

Polşanın hərbi tüfəng komandasının da üzvüyəm. Bu üzdən atəş açmağı çox sevirəm. Atışın növü və məsafəsi mənim üçün elə də əhəmiyyət kəsb etmir.

300 metr məsafədən atəşaçma yarışlarını çox sevirəm. Bununla belə, digər növlərdə də yarışıram”.

Masiey Kovaleviç 587 xal toplayaraq, dünya çempionluğuna yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"