"Polis əməkdaşının hansısa şəxsi vurması halı aşkar edilməyib" - DİN-dən açıqlama

29 Avqust 2023 03:20 Problem 1 102
"Polis əməkdaşının hansısa şəxsi vurması halı aşkar edilməyib" - DİN-dən açıqlama

Azərbaycan Premyer Liqasının 4-cü turunun "Qarabağ" - "Kəpəz" matçından (1:1) sonra polis əməkdaşının meydana daxil olan azarkeşi vurması ilə bağlı məlumat vermişdik.

Sportinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis mayoru Anar Qafarov bildirib ki, polis əməkdaşının "Qarabağ" - "Kəpəz" oyunundan sonra meydana daxil olan yetkinlik yaşına çatmayan azarkeşi vurması ilə bağlı iddialar araşdırılıb:

"Oyun meydanında çəkilən görüntülərdə polis əməkdaşının hansısa şəxsi vurması halı aşkar edilməyib.

İctimai qaydaya və ictimai təhlükəsizliyə məsul olan polis əməkdaşı tribunadan oyun meydanına məhəccəri aşaraq düşən şəxsə həmlə edərək onun meydana daxil olmasının qarşısını almağa çalışıb. Burada hər hansı hüquq pozuntusu yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı