Tailandın III Liqa klubu azərbaycanlı futbolçu ilə müqavilə imzaladı

30 Avqust 2023 00:50 Bizimkilər 758
Tailandın III Liqa klubu azərbaycanlı futbolçu ilə müqavilə imzaladı

Uzun müddətdir Tailandda çıxış edən azərbaycanlı futbolçu Məmməd Quliyevin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını yenə həmin ölkədə davam etdirəcək.

O, 3-cü liqada çıxış edən "Uttaradit"ə keçib.

Məmməd Quliyevin Tailandda son klubu "Tounburi Yunayted" olub.

Millimizin hücumçusu Ramil Şeydayev bu yay Tailandın yüksək liqasında çıxış edən "Buriram Yunayted"ə keçib.

Digər Xəbərlər
Xəbər Lenti