Rusiyanın üç klubu “Milan”ın futbolçusu ilə maraqlanır

17 May 17:20 İtaliya 192
Rusiyanın üç klubu “Milan”ın futbolçusu ilə maraqlanır

“Spartak”, “Lokomotiv” və “Krasnodar” “Milan”ın uruquvaylı yarımmüdafiəçisi Dieqo Laksaltanı əldə etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumat jurnalist Janluki Di Marionun rəsmi saytında yerləşdirilib.

27 yaşlı futbolçunun nümayəndələri artıq “Spartak”la əlaqə saxlayıb, “Lokomotiv” və “Krasnodar” isə uruquvaylı uğrunda mübarizəyə qoşulmağa hazırdırlar.

Dieqo Laksalt 2018-ci ildən “Milan”ın oyunçusudur. Bu mövsüm, İtaliya çempionatında 16 matç keçirib, yalnız bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...