"Çətinliklə nəfəs alırdım, bütün əzələlərim ağrıyırdı" - Dibala 

28 Mart 18:06 İtaliya 207
"Çətinliklə nəfəs alırdım, bütün əzələlərim ağrıyırdı" - Dibala 

“Yuventus”un koronavirusa yoluxan və sağalan futbolçusu Paulo Dibala xəsətəliklə necə mübarizə apardığı barədə danışıb.

Sportinfo.az xəbər verir ki, futbolçu hazırda özünü yaxşı hiss etdiyini bildirib. O, məşq etmək iqtidarında da olduğunu deyib:

“Məndə xəstəliyin çox güclü simptomları vardı. Amma hazırda özümü yaxşı hiss edirəm.

İndi rahat şəkildə hərəkət edir, gəzir və məşq edə bilirəm. Çox çətinliklə nəfəs alırdım, bütün əzələlərim ağrıyırdı. İndi rəfiqəm Oriana da özünü yaxşı hiss edir”.

Dibala “Yuventus”da koronavirusa yoluxan 3 futbolçudan biridir.

Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...