"Ən qorxduğum hücumçu odur"

28 Mart 2020 01:38 İtaliya 673
"Ən qorxduğum hücumçu odur"

"Uşaqlıqdan "Milan" azarkeşiyəm. Həmişə bu komanda üçün ən yaxşısını etməyə çalışmışam".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Milan"ın qapıçısı Canluici Donnarumma İtaliya mətbuatına açıqlamasında deyib.

Rəqibin təhlükəli hücumçuları haqda danışan qolkiper ən çəkindiyi forvardın "Yuventus"un üzvü Kriştianu Ronaldu olduğunu bildirib:

"Hər zaman inkişaf etmək və mümkün qədər az qol buraxmağı düşünürəm. Ağlımdakı yalnız budur. Təbii ki, rəqib forvardlar da bunun əksini fikirləşir. Bu günə qədər bir çox təhlükəli hücumçuya qarşı oynamışam. Ancaq ən qorxduğum Ronaldudur".

Digər Xəbərlər
Xəbər Lenti