Azərbaycanla oyuna 2 yeni müdafiəçi çağırıldı – Üçlüyün yerinə

15 Noyabr 2023 11:00 Milli komanda 969
Azərbaycanla oyuna 2 yeni müdafiəçi çağırıldı – Üçlüyün yerinə

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə keçiriləcək oyun ərəfəsində İsveç yığmasına 2 yeni futbolçu çağırılıb.

Sportinfo.az xəbər verir ki, bunlar mərkəz müdafiəçisi İsak Hien və sol cinah müdafiəçisi Niklas Hultdur.

Onlar yığmadan kənarda qalan 3 oyunçunu əvəz edəcəklər. Belə ki, müdafiəçilər Emil Holm, Lüdviq Auqustinsson və hücumçu Antoni Elanqa zədə səbəbindən heyətdən kənarlaşdırılıblar.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq.

F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.

Digər Xəbərlər
Xəbər Lenti