Müdafiədəki problemi 60 milyon avroluq transferlə həll edəcəklər

9 Mart 2020 14:22 İtaliya 538
Müdafiədəki problemi 60 milyon avroluq transferlə həll edəcəklər

Son zamanlar adı bir neçə klubla yanaşı çəkilən “Leyptsiq”in müdafiəçisi Dayot Upamekano karyerasını İtaliyada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, “Milan” 21 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

“Qırmızı-qaralar” futbolçunun müqaviləsində nəzərdə tutulan 60 milyon avroluq təzminat məbləğini də ödəməyə hazırdır. Futbolçunu yayda heyətinə qatmaq niyyətində olan “Milan”, Almaniya klubu ilə rəsmi danışıqlara başlamaq niyyətindədir.

“Leyptsiq”lə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulan fransalı futbolçu cari mövsümdə 27 oyunda iştirak edib. Onun adı “Mançester Siti”, “Arsenal” və “Barselona” kimi klublarla da yanaşı çəkilir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!