“Bayer“i “Qarabağ”ın önünə Alonso çıxaracaq, ya bir başqası?

26 Fevral 02:40 Almaniya 8 807
“Bayer“i “Qarabağ”ın önünə Alonso çıxaracaq, ya bir başqası?

"Qarabağ”ın Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi "Bayer”in baş məşqçisi Xabi Alonso qərarını verib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis daha 1-2 il hazırkı komandasında qalmağı planlaşdırır.

42 yaşlı çalışdırıcı Almaniyanın "Bavariya” və İngiltərənin "Liverpul” klubunun "sükanı arxası”na keçməyi düşünmür.

Onun arzusu İspaniya nəhəngi "Real”a rəhbərlik etməkdir. Alonso "kral klubu”ndakı həmkarı Karlo Ançelottinin postundan gedişinə qədər Leverkuzen təmsilçisindəki işini davam etdirməyə hazırdır.

"Qarabağ” "Bayer”lə ilk oyununu martın 7-də evdə, cavab görüşünü isə 14-də səfərdə keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"