Azərbaycandan dünya çempionatının seçmə mərhələsində ilk qələbə - FOTO

26 Fevral 02:30 Basketbol 1 204
Azərbaycandan dünya çempionatının seçmə mərhələsində ilk qələbə - FOTO

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda doğma meydanda Kosovonı qəbul edib.

“Sərhədçi” İdman Mərkəzində keçirilən görüş Azərbaycan millisinin 87:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi qrupun ilk matçında səfərdə İsveçrəyə 53:72 hesabı ilə məğlub olub. Millinin təsnifat mərhələsindəki digər rəqibi isə İrlandiyadır.


Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”