"Neftçi"nin futbolçusu yeni müqavilə bağladı - SON DƏQİQƏ

23 Yanvar 14:00 Araz-Naxçıvan 1 582
"Neftçi"nin futbolçusu yeni müqavilə bağladı - SON DƏQİQƏ

Ramin Nəsirlinin yeni komandası məlum olub.

21 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan"la anlaşıb.

Nəsirli 6 aylıq müqaviləyə imza atıb. Yayda tərəflər ümumi razılığa gəlsələr, sözləşmənin müddəti daha 1 illik uzadılacaq.

Yeni transfer Naxçıvan təmsilçisində 11 nömrəli formanı geyinəcək.

Bakılıların heyətində 2022-ci ilin fevralında debüt edən, əsas komandada meydana çıxdığı 5 oyunda 1 qolla yadda qalan U-21-in üzvü 2023-cü ili icarə əsasında “Dauqavpils”də keçirib.

Ramin Latviya təmsilçisində 38 qarşılaşmada 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti