"Neftçi"nin baş məşqçisi: "Pulunu futbolun xeyrinə xərcləyənlər yoxdur"

23 Yanvar 13:40 Neftçi 1 481
"Neftçi"nin baş məşqçisi: "Pulunu futbolun xeyrinə xərcləyənlər yoxdur"

"Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç bu il "Krasnodar"ın Rusiya Premyer Liqasının qalibi olacağına ümid etdiyini bildirib.

Sportinfo.az xəbər verir ki, Monteneqrodan olan mütəxəssis bu barədə "Sport24.ru" saytına açıqlama verib.

"Krasnodar" hazırda 38 xalla liderdir, ikinci sıradakı "Zenit"in 36 xalı var. 55 yaşlı baş məşqçi klub prezidenti Sergey Qalitskinin "Krasnodar" üçün çox şey etdiyini vurğulayıb:

"O, ilk kubokuna layiq idi. Futbolu sevir.

Stadiona, parka, bazaya, akademiyaya, meydançalara və bütün şəraitə pul xərcləyib. Pulunu futbolun və insanların xeyrinə xərcləyənlər yoxdur.

"Krasnodar" çempion olsa, şad olaram. Onların öz hekayələrini yazmaq vaxtıdır.

Amma "Zenit" ciddi rəqibdir, ölkədə bu komandanın birinci yerdə olmasına öyrəşiblər".

Digər Xəbərlər
Xəbər Lenti