Alleqri yenidən "Yuventus"da?

29 Fevral 2020 13:54 İtaliya 925
Alleqri yenidən "Yuventus"da?

Massimiliano Alleqri yenidən "Yuventus"a rəhbərlik edə bilər.

Sportinfo.az xəbər verir ki, Turin klubu hazırkı çalışdırıcı Mourisio Sarrinin fəaliyyətindən razı deyil.

Əgər komanda Çempionlar Liqasında mübarizəni dayandırarsa və A Seriyasının 26-cı turunda "İnter"ə məğlub olarsa, baş məşqçinin istefaya göndərilmə ehtimalı var.

Bu baş verəcəyi təqdirdə klub rəhbərliyi vəzifəyə Massimiliano Alleqrini gətirərək mövsümün sonunadək onun xidmətindən yararlanmağı, yayda isə "Mançester Yunayted"dən ayrılacağı gözlənilən Xosep Qvardiola ilə müqavilə bağlamağı planlaşdırır.

"Yuventus" M.Alleqrinin rəhbərliyi altında 5 dəfə ölkə çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti