Paytaxt klubu 2 futbolçunun transfer hüququnu aldı - RƏSMİ

29 Fevral 2020 12:30 İtaliya 1 035
Paytaxt klubu 2 futbolçunun transfer hüququnu aldı - RƏSMİ

“Roma” başqa klublardan icarəyə götürdüyü iki futbolçunun transfer hüquqlarını almağa qərar verib.

Sportinfo.az xəbər verir ki, söhbət müdafiəçi Canluka Mançini ilə yarımmüdafiəçi Jordan Veretudan gedir.

Hər iki futbolçu yayda icarə əsasında “Roma”ya gəlmişdi. Mançini “Atalanta”dan, Veretu isə “Fiorentina”dan icarəyə götürülmüşdü.

Klubun rəsmi saytının yaydığı məlumata görə, artıq hər iki oyunçu ilə yeni müqavilə imzalanıb. Amma müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Mançininin transferi “Roma”ya bonuslarla birgə 23 milyon avroya başa gəlibsə, Veretuya görə 19 milyon avro ödəniləcək. 23 yaşlı Mançini bu mövsüm paytaxt klubunda 31 oyuna çıxıb. 26 yaşlı Veretu isə 33 oyunda forma geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı