“Neftçi”də TƏYİNATLAR - 4 yeni, 1 köhnə ad iş başında

5 Yanvar 14:25 Neftçi 2 614
“Neftçi”də TƏYİNATLAR - 4 yeni, 1 köhnə ad iş başında

“Neftçi”nin yeni məşqçi korpusu formalaşıb.

Bu haqda Sportinfo.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Miodraq Bojoviçin 5 yardımçısı təsdiqlənib. Onardan ikisi yerlidir -

Sənan Qurbanov və Emil Babayev. Birinci ötən ilin yayından – Adrian Mutu görəvdə olduğu vaxt burada işləməyə başlayıbsa,

ikinci son 6 aya kimi “Sumqayıt”da fəaliyyət göstərib və qapıçılarla çalışacaq.

Monteneqrolu mütəxəssisin digər 3 köməkçisi ona daha tanış simalardır. Belə ki, Saşa Petroviç, Deyan Mirvalyeviç və Deyan İliç əvvəllər də onunla bir yerdə olub.

Sözügedən dördlük Tula “Arsenal”ında yumruğu bir yerə vurublar.

Bejoviç onlardan Petroviçi əsas yardımçı kimi “Neftçi”yə götiribsə, Mirvalyeviç taktiki hazırlığa nəzarət edəcək. İliçin işi isə fiziki hazırlıq üzrə olacaq.

Digər Xəbərlər
Xəbər Lenti