"Görək də, ola bilər ki…" - Problem yaşayan "Qarabağ"lı haqda

10 Noyabr 2023 02:40 Qarabağ 1 129
"Görək də, ola bilər ki…" - Problem yaşayan "Qarabağ"lı haqda

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ln baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Bayer"lə keçirilən oyunda zədələnən futbolçusu Andrey Lunyovun durumu haqda danışıb.

O, bildirib ki, rusiyalı qapıçı dizindən çox ciddi zərbə alıb:

"Dizində ciddi ağrı var. Bəlkə də ağrı zədənin yeni olduğuna görədir. Çox ciddi zərbə olmuşdu. Oynaqlarında ağrı hiss edir. Görək də. Ola bilər ki, sabah dəqiq məlumat verək".

Dizindən zədə alan Lunyov oyunu davam etdirə bilməyib. O, 85-ci dəqiqədə Luka Quqeşaşvili ilə əvəzlənib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!