İdman tədbirləri koronavirusa görə ləğv edildi

23 Fevral 2020 16:00 İtaliya 404
İdman tədbirləri koronavirusa görə ləğv edildi

İtaliyanın Lombardiya və Veneto regionları ərazilərindəki bütün idman tədbirləri ləğv olunub.

Sportiнfo.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Cüzeppe Konte bəyan edib. Səbəb kimi bu regionlarda koronavirus xəstəlikləri göstərilib.

Ləğv olunmuş tədbirlər sırasına A Seriyasının "Verona" - "Kalyari", "Atalanta" - "Sassuolo" və "İnter" - "Sampdoriya" matçları da daxildir. Hər 3 qarşılaşma bu gün keçirilməli idi. Yeni tarixlər hələ açıqlanmır.

Eyni zamanda həvəskar və gənclər liqalarında 42 matç, habelə B Seriyasının "Askoli" - "Kromeneze" görüşü də ertələnib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı