Klopp çempionluğunu arzuladığı komandanı açıqladı

18 Fevral 2020 01:20 İtaliya 1 058
Klopp çempionluğunu arzuladığı komandanı açıqladı

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İtaliya A Seriyasında bu mövsüm çempionluğunu istədiyi komandanı açıqlayıb.

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis "Latsio"nu favorit hesab edib:

"Latsio"nu xüsusi qeyd edərdim. Bu komandada sabiq futbolçumuz Lukas Leyva çıxış edir. Çiro İmmobile "Borussiya"da rəhbərliyim altında oynayıb. Buna görə də "Latsio"nu dəstəkləyirəm. Maurisio Sarri üçün üzülürəm, amma İtaliyada mövsümün komandası "Latsio"dur".

A Seriyada 24 turdan sonra "Yuventus" 57 xalla liderdir. 56 xalı olan "Latsio" 2-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!