"Hər şey öz əlimizdə olsa da, uduzuruq, mükəmməl deyilik”

17 Fevral 2020 18:16 İtaliya 522
"Hər şey öz əlimizdə olsa da, uduzuruq, mükəmməl deyilik”

“İnter”in baş məşqçisi Antonio Konte A Seriyasının 24-cü turunda “Latsio”ya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Konte 1:2 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:

“Düşünürəm ki, yaxşı oyun sərgilədik. Ancaq nəticədən və buraxılan qollardan məmnun deyiləm. “Latsio”ya 2 qol imkanı verdik və dəyərləndirdilər.

Mükəmməl deyilik, ancaq meydanda bəzi şeylərdə inkişaf var. Bu mövsüm oyunlarda hesabı açsaq da, məğlub oluruq.

Dortmund “Borussiya”sı və “Barselona” ilə olan matçlarda bunun şahidi olduq. Hər şey öz əlimizdə olsa da, uduzuruq”.

Digər Xəbərlər
Xəbər Lenti