Türkiyə millisinin müdafiəçisi "Milan"ın hədəfində

14 Fevral 2020 18:02 İtaliya 1 002
Türkiyə millisinin müdafiəçisi "Milan"ın hədəfində

"Milan" yeni mövsüm müdafiənin sağ cinahını gücləndirmək istəyir.

Sportinfo.az xəbər verir ki, "qırmızı-qaralar" PSV-dən Denzel Dyumfirslə "Lill"dən Mehmet Zeki Çeliki transfer hədəfinə alıb.

Məlumata görə, "Milan" hər iki klubla danışıqlar aparacaq və ən azı bir futbolçunu transfer etməyə çalışacaq.

"Lill" Mehmet Zeki Çeliki 2018-ci ildə "İstanbulspor"dan 2,5 milyon avroya transfer edib. 23 yaşlı futbolçu Türkiyə millisinin üzvüdür.

PSV Dyumfirsi 2018-ci ildə "Heerenveen"dən 5,5 milyon avroya alıb. 23 yaşlı müdafiəçi Niderland millisinin üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti