Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək FOTO

22 İyul 2023 08:10 Gündəm 846
Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək FOTO

Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işləri nazirləri – Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş olacaq.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Nazir A.Mirzoyan Moskvada keçiriləcək görüşdə iştirak edəcək. Digər təfərrüatlar barədə daha sonra məlumat veriləcək”, - o bildirib.

Azərbaycan, Ermənistan, və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli formatda sonuncu görüş mayın 19-da Moskvada baş tutub.

Digər Xəbərlər
Xəbər Lenti