Müdafiə xəttini yeni adla gücləndirdi - “Mançester Yunayted”

1 Sentyabr 2023 23:20 İngiltərə 1 075
Müdafiə xəttini yeni adla gücləndirdi - “Mançester Yunayted”

“Mançester Yunayted” müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar” “Tottenhem”dən Serxio Requilonu icarəyə götürüb.

26 yaşlı sol cinah müdafiəçisi 2023/2024 mövsümündə icarə əsasında “Mançester Yunayted”in heyətində çıxış edəcək.

“Tottenhem” 2020-ci ilin sentyabr ayında Madrid “Real”ın dan transfer edib. İspaniya millisinin üzvü son mövsümü icarə əsasında “Atletiko”da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti