Məşhur futbolçunun bu səhvi gündəmi zəbt etdi - VİDEO+FOTOLAR

17 Avqust 2023 02:30 İspaniya 1 492
Məşhur futbolçunun bu səhvi gündəmi zəbt etdi - VİDEO+FOTOLAR

İspaniya La Liqasında yeni mövsümə start verilib.

Son çempion "Barselona" mövsümə Madrid səfərində başlayıb.

Kataloniya təmsilçisi "Xetafe"nin qonağı olub. İlk hissədə komandalar kobud oyuna üsünlük veriblər.

Nəticədə baş hakim dörd sarı və bir qırmızı vərəqə göstərib. Qonaqların futbolçusu Rafinya rəqibinə dirsəklə zərbə endirdiyi üçün meydandan qovulub.

"Barsa" azarkeşləri ilk yarıya əlavə edilmiş dəqiqələrdə növbəti dəfə şok yaşayıblar. Ronald Arauxo gözlənilməz hərəkətlə gündəmə gəlib.

Uruqvaylı müdafiəçi komandasının hücumu zamanı ona ötürülən topu futbolçu deyil, basketbolçu kimi - əlləriylə qəbul edib.

Ronald özü də bunu niyə etdiyini başa düşməyib. Dərhal komanda yoldaşlarından və referidən üzr istəyib. Futbolçunun bəxti gətirib. Çünki hakim ona sarı vərəqə göstərməmək qərarına gəlib.

Onun bu səhvi sosial şəbəkələrdə böyük marağa səbəb olub. Fanatlar memlar yaratmağa başlayıblar. Təbii ki, Arauxo əllə oynadığı üçün basketbolçularla müqayisə edilib.

Heybət

Digər Xəbərlər
Xəbər Lenti