"Məni dilə tutmağa çalışdılar, qorxulu heç nə yoxdur“

7 Yanvar 2020 18:20 İtaliya 794
"Məni dilə tutmağa çalışdılar, qorxulu heç nə yoxdur“

“Roma”nın sabiq kapitanı Daniel Rossi karyerasını bitirib.

Sportinfo.az xəbər verir ki, Rossi Argentinanın “Boka Xuniors” klubunda çıxış edir. Bu barədə məlumatı Rossi özü verib:

“Mənim ciddi zədəm və digər problemim yoxdur. Mən, sadəcə, ailəmin yanında olmaq istəyirəm. Xüsusən də qızım üçün darıxıram. O da mənim üçün darıxır.

Mən karyeramı bitirməklə bağlı qərar verdim. Bu qərarım qətidir. Məni dilə tutmağa çalışdılar, fikirləşməyimi istədilər. Amma qərar verdim və bunda qorxulu heç nə yoxdur.

Burda ürəyimin bir parçasını qoyuram. Çoxları “Bombonera”da oynamağın, “Boka”nın paltardəyişmə otağında olmağın nə demək olduğunu bilmir. Bu, unikal təcrübədir. Əlbəttə, bundan sonra da futbol sahəsində çalışacağam”.

Bir müddət əvvəl məlumat verilmişdi ki, Rossiyə “Roma”da iş veriləcək. O, 2000-2019-cu illərdə “Roma”da çıxış edib. “Canavar”ların heyətində 459 oyun keçirib, 43 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı