İtaliya yığmasının və “Roma”nın sabiq futbolçusu Daniele De Rossi karyerasını başa vurub.
Sportinfo.az xəbər verir ki, italiyalı yarımmüdafiəçi bu qərarını xüsusi mətbuat konfransında açıqlayıb.
2019-cu ilin yayında “Roma”dan ayrıldıqdan sonra iyul ayında Argentina nəhəngi “Boka Xuniors”la müqavilə bağlayan 36 yaşlı futbolçu, bundan sonra ailəsinin yanında olmaq istədiyini bəyan edib.
De Rossi Argentina klubunda cəmi 6 oyuna çıxıb və 1 qol vurub. O, yetirməsi olduğu “Roma”da isə 2001-ci ildən 2019-cu ilə qədər 616 oyun keçirib, 63 qol və 54 məhsuldar ötürmə ilə yadda qalıb.
Yarımmüdafiəçi 2 dəfə İtaliya kubokunun, bir dəfə İtaliya superkubokunun qalibi olub. 2006-cı ildə isə o, İtaliya yığmasının heyətində dünya çempionatının qalibi olub.