"Ronaldo şou": 3 qol, bir məhsular ötürmə - VİDEO

7 Yanvar 2020 00:46 İtaliya 1 195
"Ronaldo şou": 3 qol, bir məhsular ötürmə - VİDEO

"Yuventus" İtaliya A Seriyasnın XVIII turunda "Kalyari"ni darmadağın edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Turindəki "Alyans” stadionunda baş tutub və meydan sahibləri 4:0 hesablı qələbə qazanıb.

Qarşılaşmada hesab ikinci hissənin əvvəlində açılıb. Kriştiano Ronaldo 49-cu dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.

İkinci hissənin ortalarında portuqaliyalı 11 metrlik cəriməni reallaşdıraraq Turin klubunun üstünlüyünü artırıb. 81-ci dəqiqədə Qonzalo Hiquayn Ronaldonun ötürməsi ilə hesabı 3:0-a çatdırıb.

Bir dəqiqə sonra Ronaldo het-triki rəsmiləşdirib - 4:0. "Yuventus" 45 xalla A seriyasının turnir cədvəlində 1-ci yerdə qərarlaşıb. "Kalyari" 29 xalla 6-cı yerdədi.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu