Ukraynalı model Bakıda görün nəyə sevindi - FOTO

30 Avqust 2023 16:40 Hadisə 1 505
Ukraynalı model Bakıda görün nəyə sevindi - FOTO

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı Ukraynanı təmsil edən atletlər üçün uğurlu olub.

İlk günlərdə güclü Çin və Hindistan atıcılarının mübarizə apardığı yarışlarda medal qazanmaq olduqca çətin görünürdüsə, finişə yaxın Asiyadan gələnlərin Bakını tərk etməsi avropalıların işinə yarayıb.

Avqustun 27-də tapançadan 10 metr məsafəyə hərəkətdə olan hədəfə atəş açmada İqor Kizimanın qızıl medal qazanması, bu növdəki komanda yarışında Ukraynanın da birinci pilləni tutması ukraynalıları xeyli sevindirib.

Medalların təltifolunması mərasimində sevincini saxlaya bilməyənlərdən biri də Ukraynadan olan model idi. Yarışboyu səhnədə medal və xüsusi hədiyyələrlə dayanan ukraynalı gözəl həmyerlilərin uğuruna biganə qalmayıb.

İqor Kizima, Denis Bablyuk və Danilo Danilenkodan ibarət “üçlük” səhnəni tərk edən kimi model xanım idmançılara yaxınlaşaraq onları təbrik edib, xatirə şəkilləri çəkdirib.

Həmin şəkillərdən biri “Sportinfo”nun kamerasının obyektivinə tuş gəlib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti