“Qarabağ” - “Olimpiya” oyununu yayımlayacaq kanal yenə dəyişdi

30 Avqust 2023 16:00 Qarabağ 2 434
“Qarabağ” - “Olimpiya” oyununu yayımlayacaq kanal yenə dəyişdi

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq telekanal dəyişib.

Sportinfo.az xəbər verir ki, əvvəlcə “CBC Sport”la razılaşan Ağdam təmsilçisi sonradan fərqli qərar qəbul edib.

Tamaşaçılar avqustun 31-də baş tutacaq qarşılaşmanı “İdman TV” telekanalı vasitəsilə izləyə biləcəklər. Görüş saat 20:00-da başlayacaq.

Avqustun 24-də Lyublyanada keçirilən ilk oyunun yayım hüququna malik olan “İdman TV” matçı yalnız 69-cu dəqiqədən etibarən canlı təqdim etmişdi.

Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti