“Qarabağ” və digərləri bu həftə hansı çətinliklərlə üzləşəcək?

26 Yanvar 14:40 Premyerliqa 847
“Qarabağ” və digərləri bu həftə hansı çətinliklərlə üzləşəcək?

Premyer Liqanın 20-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

26-28 yanvar aralığında keçiriləcək oyunları 7 futbolçu kənardan izləyəcək. Və hər birinin komandası üçün vacib fiqur olduğunu deyə bilərik.

Belə ki, “Qarabağ”da Julio Romao, “Sumqayıt”da Səbuhi Abdullazadə, “Səbail”də Yadin Luqasi, “Araz-Naxçıvan”da Abdulla Rzayev, “Turan Tovuz”da Faiq Hacıyev, “Kəpəz”də Georgi Papunaşvili, “Qəbələ”də Lukas Afriko cəzalı durumdadır.

Adları çəkilənlər öncəki turda alınan sarı və qırmızı vərəqələrin bədəlini ödəməlidir.

Yanvarın 27-də “Turan Tovuz” – “Səbail”, ertəsi “Kəpəz” – “Qarabağ”, “Zirə” – “Sanbah”, yanvarın 28-də “Araz-Naxçıvan” – “Sumqayıt”, “Neftçi” – “Qəbələ” qarşılaşmaları keçiriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Xəbər Lenti