Təklifə bax… 2 illik müqavilə, kapitanlıq sarğısı, 10 nömrəli forma

31 Dekabr 2019 15:30 İtaliya 1 491
Təklifə bax… 2 illik müqavilə, kapitanlıq sarğısı, 10 nömrəli forma

“Roma” futbolçusu Lorenso Pelleqrini ilə bağlı qərarını verib.

Sportinfo.az xəbər verir ki, “canavarlar”, 23 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq qərarına gəlib.

Paytaxt klubunun Pelleqrininin müqaviləsini daha iki il müddətinə artırmaq istədiyi, eyni zamanda, sözləşmədəki “30 milyon avroya sərbəst qalır” bəndini çıxarmaq niyyətində olduğu bildirilir.

Bundan başqa, futbolçuya kapitanlıq sarğısının, həmçinin “Roma”nın əfsanəsi hesab edilən Françesko Tottinin geyindiyi 10 nömrəli formanın verilməsi də mümkündür.

2017-ci ildən “Roma”da çıxış edən italiyalı futbolçunun müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 14 oyunda 1 qol, 9 məhsuldar ötürməylə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!