"Yuventus" İquainlə müqaviləni yenə də uzadır

13 Noyabr 2019 09:37 İtaliya 494
"Yuventus" İquainlə müqaviləni yenə də uzadır

"Yuventus" Qonsalo İquainlə müqaviləni yeniləyəcək. Sportinfo.az xəbər verir ki, bu barədə Turin klubunun idman direktoru Fabio Paratiçi bildirib.

Onun sözlərinə görə, 31 yaşlı argentinalı forvardla yeni sözləşmə imzalamağa hazırlaşırlar. İquainin hazırkı müqaviləsinin müddəti 2021-ci ilin iyununda baş çatır.

"Yuventus" İquaini 2016-cı ilin yayında "Napoli"dən 90 milyona avroya alıb. Təcrübəli hücumçu ötən mövsüm icarə əsasında İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı