"Qorxuram ki, bunun axırı yaxşı qurtarmasın"

12 Noyabr 2019 23:05 İtaliya 822
"Qorxuram ki, bunun axırı yaxşı qurtarmasın"

İngiltərə yığmasının sabiq futbolçusu Qari Lineker “Yuventus”un oyunçusu Kriştiano Ronaldonun davranışına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Ronaldo “Milan”la qarşılaşmada əvəzlənərkən baş məşqçi Mauritsio Sarrinin əlinin sıxmaqdan imtina edib. Lineker belə davranışın yaxşı nəticələnməyəcəyini vurğulayıb:

“Sarri artıq ikinci dəfə idi ki, Ronaldonu əvəzləyirdi. Kriştianonun yerinə meydana girən Dibala isə qələbə qolunu vurdu. Sarrinin möhkəm xarakterə sahib olduğunu düşünürəm. Amma qorxuram ki, bunun axırı yaxşı qurtarmasın”.

Digər Xəbərlər
Xəbər Lenti