"İbrahimoviç "Bolonya"ya Mixayloviçə görə gəlmək istəyir"

3 Noyabr 2019 11:55 İtaliya 468
"İbrahimoviç "Bolonya"ya Mixayloviçə görə gəlmək istəyir"

"Bolonya"nın idman direktoru Valter Sabatini Zlatan İbrahimoviçin bu kluba keçəcəyi ilə bağlı yayılan xəbərləri şərh edib. Sportinfo.az "Tuttomerkatoweb"ə istinadən xəbər verir ki, İtaliya komandasının rəsmisi isveçli hücumçunun Sinişa Mixayloviçə görə "Bolonya"ya gəlmək istədiyini vurğulayıb:

"Bu fantastika deyil. İbrahimoviç komandamıza Mixayloviçlə dost olduğu üçün gəlmək istəyir. Zlatan Mixayloviçə kömək etmək niyyətindədir. Biz də əlimizdən gələni edəcəyik ki, bu ağlagəlməz transfer baş tutsun".

"Bolonya"nın İbrhimoviçə 18 aylıq müqaviləyə görə 8 milyon avro ödəməyə hazır olduğu barədə məlumat yayılıb. İsveçli forvardın "Los-Anceles Qelaksi" ilə müqaviləsi ilin sonunda başa çatır.

İbra bu mövsüm MLS-də 31 oynunda 31 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti