A seriyasında ilk dəfə!

27 Oktyabr 2019 12:13 İtaliya 561
A seriyasında ilk dəfə!

"Cenoa" unikal nailiyyətə imza atıb. Sportinfo.az xəbər verir ki, İtaliya A seriyasında ilk dəfə oyuna sonradan daxil olan hər üç futbolçu qol vurub.

Maraqlı fakt 9-cu turun "Cenoa" - "Breşiya" oyununda qeydə alınıb. İkinci hissədə məğlub durumda (0:1) olan "Cenoa"nın baş məşqçisi Tyaqo Motta meydana Kevin Aqudelo, Kristian Kaume və Qoran Pandevi buraxıb.

Mottanın gedişi özünü doğruldub - meydana sonradan daxil olan hər üç futbolçu qol vuraraq Genuya klubuna üç xal qazandırıb. Bu, A Seriyasında ilk belə fakt kimi tarixə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı