1 ildən sonra “Qarabağ“a döndü, vəd verdi: “Sanki ailəmin yanına qayıtmışam“

20 İyul 2023 02:20 Qarabağ 1 342
1 ildən sonra “Qarabağ“a döndü, vəd verdi: “Sanki ailəmin yanına qayıtmışam“

“Sanki ailəmin yanına qayıtmışam.

Bu, mənim üçün olduqca vacibdir. “Qarabağ”ı qarşıda yaxşı oyunlar gözləyir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri yenidən “Qarabağ”a qayıdan Patrik Andrade deyib.

O, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"u ilə Bakıdakı cavab görüşündən (4:0, ilk oyun- 2:1) sonra jurnalistlərə açıqlamasında növbəti oyunlar üçün hazır olacağını bildirib:

“Milli komandanın düşərgəsindən qayıtmışam. Qarşıdakı oyunlar üçün hazırlaşacağam. Ümid edirəm ki, növbəti matçlarda meydana çıxmağa hazır olacağam”.

Andrade ötən mövsümü keçirdiyi “Partizan”ın karyerası üçün bir təcrübə olduğunu söyləyib:

“Partizan”da oynamaq mənim üçün bir təcrübə idi. Fərqli bir situasiya alındı.

Hər şey mən istəyən kimi olmadı. Lakin bu cür klublara keçmək də bir təcrübədir”.

Yarımmüdafiəçi “Əvvəlki Patrik Andradeni yenidən görə biləcəyik” sualını belə cavablandırıb:

“Öz üzərimdə çalışıram. Komanda şəklində də daha yaxşı olmağa çalışacağıq.

Günü-gündən öz performansımızı yaxşılaşdırırıq. Ona görə də düşünürəm ki, qarşıda daha yaxşı Andrade görəcəksiniz”.

O, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacaqları “Rakuv”dan da danışıb:

“Bu matça hazırlaşmaq üçün 1 həftə vaxtımız var. Rəqib olduqca yaxşı komandadır.

Polşa klublarına qarşı daha əvvəl oynamışam. İnanıram ki, mərhələ adlaya biləcəyik”

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!