"Roma" ingilis futbolçudan üzr istədi

21 Oktyabr 2019 12:39 İtaliya 571
"Roma" ingilis futbolçudan üzr istədi

"Roma" "Sampdoriya"nın yarımmüdafiəçisi Ronaldo Vieyradan üzr istəyib. Sportinfo.az xəbər verir ki, buna səbəb ingiltərəli futbolçunun "canavarlar"ın azarkeşləri tərəfindən irqçiliyə məruz qalması olub. İtaliya A seriyasının 8-ci turu çərçivəsində keçirilən "Sampdoriya" – "Roma" matçında rəqib komandanın fanatları matçboyu 21 yaşlı yarımmüdafiəçinin ünvanına irqçi şüarlar səsləndiriblər. Futbolçu özü oyunboyu rəqib tərəfdarların bütün dediklərini eşitdiyini , amma buna fikir vermədiyini bildirib.

“Roma” isə rəsmi şəkildə ingiltərəli futbolçudan üzr istəyib: “Klub olaraq azarkeşlərimizin Vieyranın ünvanına irqçi şüarlar səsləndirməsinə görə ondan üzr istəyirik. “Roma” irqçiliyi qəbul etmir və ona qarşıdır. Polis araşdırma aparır, irqçi şüarlar səsləndirilənlər tapılacaq və onların oyunlara gəlməsinə məhdudiyyət qoyulacaq”.

Qvineya Bissauda doğulan Vieyra “Benfika” yetirməsidir. İngiltərənin U-21 yığmasında oynamış yarımmüdafiəçi 2018-ci ildə “Lids”dən “Sampdoriya”ya keçib.

Digər Xəbərlər
Xəbər Lenti