Balotelli üçün xüsusi şərtlər

14 Oktyabr 2019 14:36 İtaliya 504
Balotelli üçün xüsusi şərtlər

İtaliyalı forvard Mario Balotellinin "Breşiya" ilə imzaladığı müqavilənin şərtləri məlum olub.

Sportinfo.az xəbər verir ki, Balotelli yeni klubunda ilinə bir milyon avro maaş alır. Müqaviləyə əsasən, forvard cari mövsüm minimum 15 qol vurarsa və komandası A seriyasında qalarsa, onun maaşı dörd dəfə artırılacaq. Amma bu iki şərtdən biri həyata keçməsə, Balotellinin maaşı 1 milyon avro olaraq qalacaq. Üstəlik “Breşiya” yüksək liqanı tərk edərsə, onunla müqavilə ləğv ediləcək. Balotellini turnir cədvəlində ilk 5 yerdə olan komandalardan biri transfer etmək istəsə, o, klubu azad agent kimi tərk edə biləcək.

Hazırda "Breşiya" 6 xalla turnir cədvəlində 16-cı pillədədir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"