"Milan"ın nicatı - Berluskoni

14 Oktyabr 2019 15:33 İtaliya 499
"Milan"ın nicatı - Berluskoni

“Milan”ın keçmiş sahibi Silvio Berluskoni komandanın əvvəlki şöhrətini qaytarmağın yolunu göstərib.

Sportinfo.az xəbər verir ki, Berluskoni "Milan"ı yenidən ona qaytarmağın vacib olduğunu bildirib:

“Elə şeylər var ki, onu yalnız tualetə girib qapını arxadan bağladıqdan sonra deyə bilərsən. “Milan”ın yenidən böyük kluba neçə çevirmək olar?

Bunun çox sadə, həm də çətin yolu var. Komandanı Silvo Berluskoniyə qaytarmaq”.

Berluskoni 1986-2016-cı illərdə “Milan”ın sahibi olub. Klub onun rəhbərliyi altında 8 dəfə İtaliya çempionu olub, 5 dəfə Çempionlar Liqasını qazanıb. Hazırda klubun səhmləri “Elliott Management” kompaniyasına məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı