İtaliya millisi 81 ildən sonra...

13 Oktyabr 2019 11:29 İtaliya 427
İtaliya millisi 81 ildən sonra...

AVRO-2020-nin seçmə mərhələsinin Yunanıstanla oyunu (2:0) İtaliya millisi üçün əlamətdar hadisə ilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, ardıcıl 8-ci qələbəsini qazanan italyanlar 81 ildən sonra ilk dəfə belə bir göstəriciyə imza atıb. Komanda sonuncu dəfə 1938-ci ildə ardıcıl 9 oyunda qalibiyyət sevinci yaşamışdı. Həmin vaxt yığmaya Vittorio Potso başçılıq edirdi.

Əgər İtaliya qarşıdakı oyunda da qalib gəlsə, 81 illik rekordu yeniləyəcək.

Digər Xəbərlər
Xəbər Lenti