15 milyon avroluq transfer - “İnter”dən “Çelsi”yə

20 Avqust 2022 00:20 İtaliya 549
15 milyon avroluq transfer - “İnter”dən “Çelsi”yə

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Çezare Kasadeyi transfer edib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb.

“Çelsi” bu transfer üçün Milan klubuna 15 milyon avro ödəyib. Amma əlavə bonusların olduğu da iddia edilir.

Hətta italiyalı oyunçunun gələcəkdəki mümkün satışından əldə olunacaq gəlirdən də “İnter”ə müəyyən faiz çatacaq.

Çezare Kasadey 2018-ci ildə “Çezena”dan “İnter”ə cəlb olunmuşdu.

Yarımmüdafiəçi ötən mövsüm Milan klubunun U-19 komandasının heyətində meydana çıxdığı 40 oyunda 17 qol vurub. O, İtaliyanın U-19 yığmasında keçirdiyi 10 oyunda da 3 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!